Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHBA-nın əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidimiz baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun Əmircan qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavini və Aparatın əməkdaşları Vətən Müharibəsində yaralanmış hərbiçilərimiz - Quluzadə Seymur Cəmil oğlu, Talıbov Emin Eldar oğlu və Söhbətzadə Abbas Əliyar oğlu ilə görüşərək onlara şəfa diləyib, problemləri ilə maraqlanıblar.
Yanvar ayının 11-də bütün dünyanın gözü Moskva şəhərində idi. Müharibədən bir neçə ay sonra Moskvada üç ölkənin başçısının görüşü çox əhəmiyyətli idi.
Yanvarın 10-da növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və RİHBA-nın əməkdaşları Vətən müharibəsində böyük şücaət nümayiş etdirərək yaralanan hərbiçimiz mayor Şükürov Mənsur Vidadi oğluna baş çəkərək onun səhhəti və problemləri ilə maraqlanıblar.
Vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş Şəhidimiz Əsədov Səbuhi Azər oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində də abadlıq işləri aparılmış, Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2500 kv.m asfalt örtüyü salınmışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavini və aparatın əməkdaşları Şəhidimiz Rəcəbov Ruslan Rəcəb oğlunun Hövsan qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavini və aparatın əməkdaşları 44 günlük Vətən müharibəsində iştirak edərək, böyük Qələbənin qazanılmasında pay sahibi olan yaralı hərbiçimiz, kapitan İslamov Qurbanəli Məzahir oğlu ilə görüşüblər.