Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına vəsait ayrılır.

27 iyul 2020 | 16:00

Zəkiyyə Musayeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri:

Hər bir vətandaş yaxşı anlayır və məmnunluq duyur ki, dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasətin əsasında xalqın rifahının yaxşılaşdırılması dayanır və bu dövlət siyasətinin ana xəttidir, bu siyasət insan amilinə, vətəndaş rifahına hesablanıb.

Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir. Ölkəmizdə milli maraqlara əsaslanmaqla həyata keçirilən iqtisadi siyasət, inkişaf strategiyası respublikamızın hərtərəfli inkişafında yeni mərhələ açmışdır. Qısa müddətdə reallaşması inanılmaz görünən qlobal və regional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir. Azərbaycan dünyada ən böyük infrastruktur layihələrini gercəkləşdirən dövlət kimi tanınmaqdadır.
Prezidentimiz İlham Əliyevin başçılığı altında təsdiqlənmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” ilk növbədə qeyri-neft sahəsinin tərəqqisini hədəf alaraq, ümumilikdə iqtisadiyyatımızı inkişaf etdirmək, insan kapitalının effektli şəkildə tətbiq edilməsi kimi məsələləri qarşıya qoyur, həmçinin əhalinin rifah halının daha çox yaxşılaşdırılması məqsədi güdür. Dövlət ənənəvi olaraq sosial infrastrukturun inkişafı ilə onun hüquqi təminatı məsələlərində həlledici rol oynayır və sosial funksiyaların reallaşdırılması onun prioritet məsələsidir. Sosial iqtisadi məsələlərin həllində sosial infrastrukturun rolunun artırılması, hüquqi tənzimlənmənin müasir metodlarının köməyi ilə, o cümlədən bu üsulların səmərəliliyini təmin edən yeni sosial texnologiyaların tətbiqi ilə obyektiv olaraq onu stimullaşdırmağa ehtiyac duyur. Respublika üzrə davamlı iqtisadi artıma nail olmaq, həmçinin əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə sosial infrastrukturun səmərəli fəaliyyətinin təşkili olduqca böyük əhəmiyyət kəsb edir. Sosial infrastrukturun regional inkişafında başlıca olaraq yaşayış problemlərinin həll olunması, cəmiyyət üzvlərinin ehtiyaclarının ödənilməsi, sosial infrastruktur sahələrinin tərəqqi etdirilməsinin, sosial mədəni sahələrin formalaşması ilə ekoloji şəraitin yaxşılaşdrıması mühüm rol oynayır. Cari ilin əvvəlindən bu günə qədər ölkəmizdə bir sıra vacib sosial və infrastruktur layihələrinin icrası sahəsində yüksək nailiyyətlər əldə edilib. Bütövlükdə son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması sahəsində iri layihələr həyata keçirilib, müasir yollar, yeni körpü və yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri inşa olunub, kənd yollarının yenidən qurulması, ölkə ərazisinin qazlaşdırılması sürətlənib, elektrik enerjisi ilə təminat, suvarma ilə bağlı iri layihələr uğurla reallaşdırılıb. Xatırladaq ki, həyata keçirilən infrastruktur layihələri eyni zamanda vətandaşları uzun illərdən bəri narahat edən qayğılardan bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması, normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri- neft sektorunun sürətlə inkişafı, yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin şəkildə artırır. Bunu nəzərə alaraq ölkə rəhbərliyi tərəfindən qeyd olunan sahələrdə kompleks inkişafı üçün Dövlət Proqramları imzalamış, əhalinin təminatının yaxşılaşdırılmasını hökümət qarşısında mühüm məsələrdən biri kimi müəyyənləşdirmişdir.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələr arasında ölkənin su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur.
Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına vəsait ayrılır. Ulu öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirmişdir. Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması dövlət proqramlarında xüsusi qeyd olunur. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanmışdır. Son illər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır. Çox sevindirici haldır ki, digər sahələr kimi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi su təsərrüfatı sektorundan da yan keçməmişdir. Təsdiq olunmuş dövlət proqramlarının icrası çərçivəsində istehlakçıların içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir və əhalinin həyat səviyyəsinin yaxılaşdırılması istiqamətində ciddi addımlar atılır.
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə bir daha bu sahədə görülən işlərdən, qarşıda duran vəzifələr barədə geniş məlumat verildi. Bu müşavirə onu təsdiq edir ki, ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri xüsusi əhəmiyyət kəsb edir və qarşıya çıxan problemlərin tezliklə aradan qaldırılması, su təhlükəsizliyimizin təmin edilməsi ölkə rəhbərliyinin prioritetləri sırasındadır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir”. Ölkə rəhbərinin müşavirədəki çıxışı və proqram xarakterli tövsiyə və tapşırıqları sosial siyasətin, vətəndaşların rifahının, həyat şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğuna bir daha əminlik yaradır. Dövlət tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Hər bir vətandaş yaxşı anlayır və mənmunluq duyur ki, dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasətin əsasında xalqın rifahının yaxşılaşdırılması dayanır və bu dövlət siyasətinin ana xəttidir, bu siyasət insan amilinə, vətəndaş rifahına hesablanıb.

Keçidlər