Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkə başçımızın rəhbəliyi ilə, dövlətimizin koronavirusla mübarizə çərçivəsində əsas vəzifəsi xəstəliyin yayılmasının qarşısını almaqdır”.

09 avqust 2020 | 16:00

8 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi

Dünyanı bürüyən yeni koronavirus infeksiyası ölkələri kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoymuşdur. Ciddi sınaq qarşısında qalan hər bir dövlət  öz  imkanlarından maksimum istifadə etməklə vəziyyətdən çıxış yolları axtarmaqdadır.

Azərbaycanda bu istiqamətdə böyük işlər görülür. Bir çox inkişaf etmiş dövlətlərdə pandemiya qurbanlarının sayı yüz minlərlədir. Səhiyyə sistemi çökmüş vəziyyətdədir. Dünyada mövcud olan belə bir ağır dövrdə ölkəmiz bu çətin imtahandan uğurla çıxmaqdadır.
“Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” vurğulayan Cənab Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində məhz vətəndaş dayanır. Dövlət başçısının vətəndaş mərkəzli siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks tədbirlərlə yanaşı çevik və genişmiqyaslı sosial dəstək proqramlarının həyata keçməsinə şərait yaradır.
Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər, sosial iqtisadi vəziyyətlə bağlı videokonfrans formatında keçirilən son müşavirədə koronavirusa qarşı mübarizə işində müsbət dinamikanın əldə olunduğunu vurğulamışdır.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. İyulun 16-dan bu günə qədər müşahidə olunan müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər məhz vaxtında düzgün atılmış addımların məntiqi nəticəsidir.
Cənab Prezident son videokonfrasda əminliklə bildirmişdir ki, biz postpandemiya dövrü üçün nəzərdə tutulan məqsədlərə yüksək səviyyədə nail olacağıq.
Ölkə başçımızın rəhbəliyi ilə, dövlətimizin koronavirusla mübarizə çərçivəsində əsas vəzifəsi xəstəliyin yayılmasının qarşısını almaqdır. Bir də vətəndaş olaraq qəbul olunan qaydalara əməl etsək, tibbi göstərişlərə düzgün riayət etsək, özümüzün və ətrafdakıların sağlamlığını düşünsək, pandemiya ilə mübarizədə qalib gələ bilərik.
Mən bir təcrübəli səhiyyə işçisi kimi vətəndaşlarımızı karantin rejiminin qaydalarına riayət etməyə, dövlət tərəfindən keçirilən tədbirlərə yaxından dəstək olmağa, operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə dəvət edirəm.

Keçidlər