Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın səsini dünyaya çatdıran Ali Baş Komandanımız!

26 oktyabr 2020 | 16:00

Qarabağ 30 ildir düşmən tapdağı altındadır! 30 ildir dövlətimizin xarici siyasətinin əsas prioritetidir.
Sentyabrın 27-də səhər saatlarından başlayaraq bədnam qonşularımız atəşkəs rejimini ciddi şəkildə pozdular. Artıq mənasız danışıqlardan təngə gəlmiş Ali Baş Komandan cənab İlham Əliyev işğalçılara qarşı əks-həmlə əməliyyatına başlamaq üçün orduya göstəriş verdi. Məqsəd ermənilərə növbəti dəfə dərs vermək və onları sülhə məcbur etmək idi. Ordumuz çox qısa vaxt ərzində bir neçə yaşayış məntəqəsi və yüksəkliyi nəzarətə götürdü. Artıq bir aya yaxın müddətdir ki, müharibə davam edir. Azad edilmiş kəndlərimiz və şəhərlərimiz çoxdur. Müdafiə Nazirliyinin gündəlik məlumatlarından aydın olur ki, qələbə çox yaxındadır. Əlbəttə ki, müharibə döyüş ruhu, sərəncamında olan yüksək dəqiqlikli silahlar və xalq-ordu birliyi bizi bu qələbəyə daha da yaxınlaşdırır.
Əlbəttə ki, müharibə yalnız ön cəbhədə getmir. Bu gün hər kəs birdir. Xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Hər kəs əlindən gələni etməyə çalışır. Təbii ki, Ali Baş Komandan öndədir və bütün yükü üzərinə götürüb. Müharibə başlayandan bu günə kimi, cənab İlham Əliyev dünyanın nüfüzlu media agentliklərinə həqiqətləri çatdırmaq üçün xeyli müsahibələr vermişdir. Onların cərgəsinə Türkiyənin “TRT”, Fransanın “TF1” kanalı və “Le Fiqaro” qəzeti, İngiltərənin “BBC” və “SkyNews” kanalları, ABŞ-ın “CNN” kanalı, Rusiyanın ”Rosiyya 1” kanalı, Yaponiyanın “Nikkei” qəzeti və digərlərinin adlarını çəkmək olar.
Oktyabrın 22-də cənab İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Cənab Prezident müsahibəsində bildirib ki, müharibəni Ermənistan başladıb. Azərbaycan isə onlara cavab verib və öz ərazisini müdafiə edib. O bildirib ki, ölkəmiz hər zaman sülhə sadiqdir. Prezident eyni zamanda Qarabağın etnik tərkibi, ermənilər tərəfindən onun necə dəyişdirilməsi, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsi, İrəvan əhalisinin etnik tərkibi haqqında dəqiq faktlar ortaya qoymuşdur.
Müharibəyə qədər ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan danışıqlarda əsas müzakirə edilən məsələlərdən biri Qarabağa muxtariyyətin verilməsi olmuşdur. Ermənilər isə daha artığını, müstəqillik tələb edirdilər. Amma indi vəziyyət dəyişib. İlham Əliyevdən sitat: “Dağlıq Qarabağdakı ermənilər əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək”. Doğurdan da, ədalətli yanaşmadır. Halbuki, ermənilər son nəfərinə qədər bütün azərbaycanlıları Ermənistandan çıxarmışdılar. Ermənistanda və Qarabağda bizim təbii sərvətlərimizi kor-koranə şəkildə qanunsuz olaraq istismar etmişlər. Bütün bunlardan sonra, cənab Prezidentin onlara bu cür güzəşt təklif etməsi onlar üçün hədiyyə olmalıdır.
Bədnam qonşularımız dünyaya car çəkiblər ki, guya Azərbaycan ordusunda xarici muzdlu döyüşçülər döyüşür. Müsahibəsində o bildirib ki, bizim 10 milyon əhalimiz var. Ermənistanın isə 2 milyon əhalisi. İndi kimin muzdlu döyüşçülərə ehtiyacı var? O bildirib ki, öldürülən erməni döyüşçüləri arasında Livan, Kanada və digər ölkədən olan muzdlular var. Biz isə özümüz döyüşürük.
Əlbəttə, müharibədə qardaş Türkiyənin dəstəyini unutmaq olmaz! Bu gün Türkiyə-Azərbaycan qardaşlığı ən yüksək zirvədədir! Hamımız inanırıq ki, Böyük Qələbə çox yaxındır! Qələbə Bizimdir!
Allah dövlətimizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!

316 nömrəli tam orta məktəbin direktoru Gülnarə Əkbərova

Keçidlər