Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Əsədov Səbuhi Azər oğlunun ailə üzvlərinin yaşadığı küçə asfaltlanıb

10 yanvar 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli Suraxanı Rayon İcra Hakimiyyətinin xüsusi diqqətində saxlanılır. Vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş Şəhidimiz Əsədov Səbuhi Azər oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində də abadlıq işləri aparılmış, Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2500 kv.m asfalt örtüyü salınmışdır. Həmçinin şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə sözügedən küçədə abidə-bulaq kompleksi də inşa edilir.
Qeyd edək ki, Suraxanı rayonunda şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması işləri davam etdirilir.

 

Keçidlər