Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda əhalinin vaksinasiyası davam etdirilir

12 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonunda da vaksinasiya kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə sakinlərə peyvəndlərin vurulması üçün rayon ərazisində ayrılmış 7 məntəqədə zəruri şərait yaradılmışdır. Hazırda  65 yaşdan yuxarı rayon sakinləri randevu.its.gov.az saytında qeydiyyatdan keçməklə yaşadıqları ərazi üzrə müvafiq poliklinikalarda COVID-19-a qarşı peyvənd olunurlar.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Keçidlər