Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri ziyarət olunur

17 fevral 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri Füzuli istiqamətində gedən döyüşlərdə Şəhid olan Babayev Əmirxan Mirilham oğlunun Yeni Suraxanı qəsəbəsində ailə üzvlərinin yaşadıqları ünvanda olub və ailəyə ərzaq yardımı göstərilib.
Uşaqlığından düşmənin günahsız insanlara yaşatdığı vəhşiliklərin qisasının alınması arzusu ilə böyüyən gənc düşmənin gözünə dik baxaraq son nəfəsinədək mübarizə apardı və Şəhidlik zirvəsinə ucalaraq adını Qarabağ əsərinin müəllifləri cərgəsinə yazdırdı.
RİH başçısı Əziz Əzizov Şəhidin doğmalarına səbr diləyərək bilirmişdir ki, Şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır.
Qeyd edək ki, Şəhidimiz Əmirxan Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər