Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda keçirilən növbəti iməclik

29 mart 2021 | 16:00

Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə ətraf-mühitin, ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması məqsədilə ətraf ərazi yabanı və quru alaq otlardan təmizlənmiş, zərərli olan müxtəlif məişət, polietilen tullantılar ərazidən yığışdırılmışdır.
Həmçinin, Suraxanı rayonunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya işləri davam etdirilir.

Keçidlər