Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonundan Vətən müharibəsində qəhrəmanlıqla Şəhid olan hərbi qulluqçularımızın ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

02 aprel 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, 1-ci müavini Rəşad Hacıyev, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vətən Müharibəsinin şəhidi Kirxlarov Nazim Nadir oğlunun xatirəsini ehtiramla yad edərək Əmircan qəsəbəsində yaşayan ailəsini ziyarət etmiş və ərzaq yardımı göstərilmişdir. Həmçinin, Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında dəfn olunmuş Nazim Kirxlarovun və digər Şəhidlərimizin məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuş və əziz xatirələri ehtiramla yad edilmişdir.
RİH başçısı Əziz Əzizov Şəhidimizin valideynlərinə Vətənimizə gərəkli övlad böyütdükləri üçün bir daha təşəkkür etmiş, torpaqlarımızın müdafiəsi naminə canlarından keçmiş və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidimiz Nazim Kirxlarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının  işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə  təltif edilmişdir.

Keçidlər