Şriftin ölçüsü :

Saytın rəngi :

İDEA İctimai Birliyinin təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində salınan, 14 binanı əhatə edən məhəllədə yekun təmir işləri aparılır.

09 aprel 2021 | 16:00

08 aprel 2021-ci il tarixdə Suraxanı RİH başçısı Əziz Əzizov aparılan təmir və abadlıq işləri ilə yerində tanış olmuş, sakinlərlə görüşərək onları dinləmiş və görülən işlərlə bağlı müvafiq tapşırıqlarını vermişdir.
Qeyd edək ki, sözügedən yaşayış binalarının fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunmuş, həyətdə kommunikasiya xətləri nizama salınmış, yeni işıq dirəkləri quraşdırılmış, sakinlər tərəfindən zəbt olunmuş ərazilər ümumi istifadəyə qaytarılaraq yerində idman, futbol, uşaq meydançaları, söhbətgahlar qurulmuş, həmçinin müşahidə kameraları yerləşdirilmişdir. Hazırda ərazidə tamet daşları düzülərək, ağaclar budanır, mövsümü gül, dekorativ kol və ağaclar əkilir, qazon salınması üçün hazırlıq işləri davam etdirilir.

Keçidlər