Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin iş planına əsasən Şəhid ailələrinin və müharibə əlillərinin ziyarət olunması davam etdirilir.

09 aprel 2021 | 16:00

09 aprel 2021-ci il tarixdə şöbənin əməkdaşları Hövsan qəsəbəsinin sakini kapitan Musayev Səddam Fəzail oğlunu ziyarət edərək onun sağlamlıq vəziyyəti ilə maraqlanmışlar.
2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini bitirən Səddam Füzulinin Alıxanlı kəndindən-Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edərək 09 oktyabr 2020-ci il tarixdə Qaraxanbəyli kəndi istiqamətində yaralanmışdır.
Qeyd edək ki, Səddam Musayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Bayrağı Ordenli Kapitan Azərbaycan xalqına böyük qələbə sevincini bəxş etdiklərinə görə ölkə rəhbəri cənab Prezident  İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
Səddam Musayevin qardaşı MAHHXQ əsgər Musayev Hüseyn Fəzail oğlu da hal-hazırda Şuşa şəhərində döyüşlərdən sonra vətənin keşiyindədir.

Keçidlər