Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur

27 aprel 2021 | 16:00

Vətən öz şəhidlərini heç zaman unutmur, şəhidlərin ucaldığı zirvəyə baxaraq xalqımız başını dik tutmalıdır, çünki Vətən şəhidləri ilə ucalır. Və hər bir şəhid ailəsi də qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları növbəti dəfə şəhidlərimiz Məmmədov Mahir Ağasəlim oğlunun, Qəhrəmanov Orxan Sərvər oğlunun, Mustafazadə Ceyhun Şükür oğlunun, Qasımlı Muxtar Əli oğlunun ailə üzvlərini ziyarət edərək onların qayğıları ilə maraqlanmışlar. Həmçinin ailələrə ərzaq yardımları göstərilmişdir.

 

Keçidlər