Şriftin ölçüsü :

Saytın rəngi :

İDEA İctimai Birliyinin təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində salınan 22, 23, 24, 25, 26, 27, 28 saylı binaları əhatə edən məhəllədə yekun təmir işləri aparılır.

03 may 2021 | 16:00

Qeyd edək ki, sözügedən yaşayış binalarının fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunmuş, giriş qapıları və pəncərələr yenilənmiş, həyətdə kommunikasiya xətləri nizama salınmış, yeni işıq dirəkləri quraşdırılmış, sakinlər tərəfindən zəbt olunmuş ərazilər ümumi istifadəyə qaytarılaraq yerində idman, futbol, uşaq meydançaları, söhbətgahlar qurulmuşdur. Hazırda ərazidə tamet daşları düzülərək, ağaclar budanır, mövsümü gül, dekorativ kol və ağaclar əkilir, qazon salınması üçün hazırlıq işləri davam etdirilir.

Keçidlər