Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon sakinlərinin uzun illərdir həllini tapmayan və gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələri asfaltlanır.

07 may 2021 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Oqtay Şabanov və Rasim Şahsuvarov küçələrinin kəsişməsində, “Azərişıq” ASC-yə məxsus elektrik yarımstansiyasının yaxınlığında ümumi sahəsi 3 600 kv.m olan yolda asfalt örtüyü salınır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı sakinlərlə görüşmüş və görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmışdır.

Keçidlər