Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev parkında "Zəfər yolu" adlı rəsm sərgisi keçirilib

12 iyul 2021 | 16:00

12 İyul 2021-ci il tarixində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Heydər Əliyev parkında "Zəfər yolu" adlı  rəsm sərgisi keçirilmişdir. "MirzəAğa Əliyev adına mədəniyyət evi"nin layihəsi olan bu sərgi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə ərsəyə gəlmişdir.
Sərginin 12 iyul tarixində keçirilməsi heç də təsadüfi deyildi. Çünki müasir Azərbaycanın yeni zəfər tarixi məhz bu gün -12 İyul tarixində yazılmağa başlamışdı. 2020-2021-ci illər Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu qüruru bizə yaşadan Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu oldu.
Əsas mövzusu vətənpərvərlik olan "Zəfər yolu" adlı sərgidə  müxtəlif mövzuları əhatə edən 9 guşə yer almışdır. Nümayiş olunan bütün rəsmlər Hövsan qəsəbəsinin peşəkar və həvəskar rəssamları tərəfindən çəkilmişdir. Sərgidə 4 rəsm məktəbinin müəllim və şagird heyətinin əl işləri olan 150-dən çox rəsm sərgilənirdi.

 

Keçidlər