Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

13 iyul 2021 | 16:00

Vətən müharibəsində döyüş əməliyyatları zamanı yaralanan, Hövsan qəsəbə sakini Bayramov Samir Samik oğlu Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən qəbul olunaraq müvafiq sənədlərin əldə olunması ilə bağlı onun müraciəti araşdırılmış və köməklik göstərilmişdir.
Həmçinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov Şəhidimiz Səbuhi Orucovun anası Narınc xanımın iştirakı ilə Suraxanı Rayon İcra Hakimiyyəti adından qazi Bayramov Samir Samik oğlunu doğum günü münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışdır.

Keçidlər