Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramınız mübarək!

20 iyul 2021 | 16:00

Hörmətli sakinlərimiz və səhifəmizin izləyiciləri!
Suraxanı Rayon İcra Hakimiyyəti adından hər birinizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik.
Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən bütün Şəhidlərimizi bir daha ehtiramla yad edərək, onların ruhu qarşısında baş əyirik.
Mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsidir.
İnsansevərlik, xeyirxahlıq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə hər birinizə cansağlığı, xoş güzəran, əmin-amanlıq, süfrələrinizə xeyir-bərəkət arzu edirik.
Qurban bayramınız mübarək olsun!

Keçidlər