Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Bülbülə qəsəbəsində Şəhid ailələr ziyarət olundu

20 iyul 2021 | 16:00

İyulun 20-də Qurban bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələri və sağlamlıqlarını itirən qazilər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ziyarət edilib və onlara qurban payları paylanılıb.
Bülbülə qəsəbəsində Vətən müharibəsinin şəhidləri Əliyev Yunis Zaur oğlunun, Hüseynzadə Fərid Eldəniz oğlunun, Orucov Səbuhi Vahid oğlunun, Manafov Osman Natiq oğlunun, Cabarzadə Cavid Qorxmaz oğlunun, Fərzullazadə Mehdi Zaman oğlunun, eləcə də itkin düşmüş hesab olunan hərbi qulluqçumuz Feyzullayev Aydın Zakir oğlunun ailələlərinə baş çəkən Suraxanı RİHBA-nın məsul əməkdaşları Şəhidlərimizin ailələrinə səbr diləyərək,  müqəddəs bayram günündə onların ruhunu bir daha ehtiramla yad etmiş və dualar oxunmuşdur.

 

Keçidlər