Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Qaraçuxur qəsəbəsində Şəhid ailələr ziyarət olundu

20 iyul 2021 | 16:00

İyulun 20-də Qurban bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələri və sağlamlıqlarını itirən qazilər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ziyarət edilib və onlara qurban payları paylanılıb.
Qaraçuxur qəsəbəsində Vətən müharibəsinin şəhidləri Qasımlı Muxtar Əli, Mustafazadə Ceyhun Şükür, Həmidov Mixail Hamlet, Kazımlı Mürsəl Kamil, Babayev Fərhad Məhərrəm, Qəhrəmanov Orxan Sərvər, Yarıyev Elsevər Qalib, Kərimov Əhməd Vaqif, Səfərov Şahmar Nazim, Səmədli Elşən Bayram, Hüseynov İsabala Ceyhun, Süleymanov Rauf Allahverdi, Məmmədov Mahir Ağasəlim, İsmayılov Elçin Mübariz oğlunun ailələlərinə baş çəkən Suraxanı RİHBA-nın məsul əməkdaşları Şəhidlərimizin ailələrinə səbr diləyərək,  müqəddəs bayram günündə onların ruhunu bir daha ehtiramla yad etmiş və dualar oxunmuşdur.

Keçidlər