Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Hövsan qəsəbəsində Şəhid ailələr ziyarət olundu

20 iyul 2021 | 16:00

İyulun 20-də Qurban bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələri və sağlamlıqlarını itirən qazilər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ziyarət edilib və onlara qurban payları paylanılıb.
Hövsan qəsəbəsində Vətən müharibəsinin şəhidləri Əlimov Elvin Nəsrəddin oğlunun, Yusubov Elzar Süleyman oğlunun, Rəcəbov Ruslan Rəcəb oğlunun, Mərdanov Vaqif Ədalət oğlunun, Süleymanov Tamerlan Xankişi oğlunun, Eissavi Muhamməd Mazen oğlunun, Səlimov Şiralı Vüqar oğlunun, Orucov Elmir Elyar oğlunun, Əsgərov Rüfət Qabil oğlunun, Hacıyev Elmaz Elmar oğlunun, Məmmədov İsa Nazim oğlunun, Əhmədli Qardaşxan Elxan oğlunun, Rəhimov Sadiq Nadir oğlunun ailələlərinə baş çəkən Suraxanı RİHBA-nın məsul əməkdaşları Şəhidlərimizin ailələrinə səbr diləyərək,  müqəddəs bayram günündə onların ruhunu bir daha ehtiramla yad etmiş və dualar oxunmuşdur.

 

Keçidlər