Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Yeni Suraxanı qəsəbəsində Şəhid ailələr ziyarət olundu

20 iyul 2021 | 16:00

İyulun 20-də Qurban bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələri və sağlamlıqlarını itirən qazilər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ziyarət edilib və onlara qurban payları paylanılıb.
Yeni Suraxanı qəsəbəsində Vətən müharibəsinin şəhidləri İsmayılov Sərdar Sərvər oğlunun, Əsədov Səbuhi Azər oğlunun, Əliyev Elvin Bəhruz oğlunun, Məmmədov Dostəli Seymur oğlunun, Babayev Əmirxan Mirilham oğlunun, Şahbazov Elnur Qədir oğlunun, Səfərov Cəsarət Xaliq oğlunun ailələlərinə baş çəkən Suraxanı RİHBA-nın məsul əməkdaşları Şəhidlərimizin ailələrinə səbr diləyərək,  müqəddəs bayram günündə onların ruhunu bir daha ehtiramla yad etmiş və dualar oxunmuşdur.

Keçidlər