Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Qurban bayramı ərəfəsində ziyarət olunması davam etdirilir

21 iyul 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Qurban bayramı ərəfəsində ziyarət olunması davam etdirilir.
Növbəti dəfə 5 №li körpələr evi-uşaq bağçasının, 87, 140 №li və Bünyadəli Qulamoğlu adına 285 №li tam orta məktəbin kollektivləri qazilərimiz Əmircan qəsəbə sakinləri Muşarapov Raul Samir oğlunu, Şərifov Kərim Sənan oğlunu, Bülbülə qəsəbə sakini Quliyev Anar Şəhriyar oğlunu, Qaraçuxur qəsəbə sakinləri Əliyev Rüstəm Fərhad oğlunu, Əhmədov Fərid İlham oğlunu ziyarət edib, ailələrə bayram sovqatları paylamışlar.

Keçidlər