Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Şəhid ailələləri yaşayan növbəti küçə asfaltlanır

22 sentyabr 2021 | 16:00

Suraxanı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi xüsusi diqqətində saxlanılır.
Bu tədbirlər çərçivəsində Vətən uğrunda haqq savaşının qəhrəmanları, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Hacıyev Elmaz Elmar oğlunun və Səlimov Şiralı Vüqar oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 420 m olan küçədə 2500 kv.m asfalt örtüyü salınıb.

Keçidlər