Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü ilə əlaqədar Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud Qəbiristanlığındakı Şəhidlər Xiyabanında Şəhidlərimiz anılıb.

27 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətinin canlı olaraq dinlənilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanan anım mərasimində Vətən müharibəsinin Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin Deputatları Sevinc xanım Fətəliyeva, Afət xanım Həsənova, Etibar Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri və əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Şəhid ailələrinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləmişdir. O, bildirmişdir ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişdir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və bu müqəddəs yolda canlarını fəda etmiş əsgər və zabitlərimizin intiqamı döyüş meydanında alındı. Əziz Əzizov qeyd etdi ki, Şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Ölümü ilə ölümsüzlük qazanan əbədi vətən oğullarımız cəsarətin özü, qəhrəmanlığın ən yüksək nümunəsi, ən ali göstəricisi, xalqımızın inamı oldular. Onlar daim xalqımızın qəlbində əbədi yaşayacaqlar.
Həmçinin, çıxış edən digər mərasim iştirakçıları bizə qələbə müjdəsini yaşadan qəhrəman oğullarımıza Allahdan rəhmət diləyərək, onların ailələrinə başsağlığı vermişlər.
Daha sonra Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunaraq gül dəstələri düzülmüş və onların xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Qeyd edək ki, gün ərzində Suraxanı rayonunun digər qəsəbələrində də Şəhidlərin məzarının ziyarət olunması, eləcə də Qaraçuxur, Yeni Suraxanı qəsəbələrində ağacəkmə aksiyasının keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər