Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda rahat gediş-gəlişin təmin olunması məqsədi ilə küçə və yolların təmir edilməsi istiqamətində görülən işlər davam etdirilir.

20 oktyabr 2021 | 16:00

Suraxanı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır.

Görülən tədbirlər çərçivəsində Vətən uğrunda haqq savaşının qəhrəmanı, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Babayev Əmirxan Mirilham oğlunun ailə üzvlərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşadığı 14 İyul küçəsi abadlaşdırılaraq  1400 kv.m asfalt örtüyü salınıb.
Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlərdə vuruşaraq qəhrəmancasına Şəhid olan mübariz vətən oğu Əmirxan Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Xocavənd və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər