Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 30-da Vətən müharibəsinin Şəhidləri Qasımlı Muxtar Əli oğlu və Qəhrəmanov Orxan Sərvər oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

30 oktyabr 2021 | 16:00

Oktyabrın 30-da Vətən müharibəsinin Şəhidləri Qasımlı Muxtar Əli oğlu və Qəhrəmanov Orxan Sərvər oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə onların əziz xatirəsinə Qaraçuxur qəsəbəsində inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Suraxanı RİH başçısı Əziz Əzizov mərasimdə çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsinin olduğunu qeyd etdi. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Əziz Əzizov Qasımlı Muxtar və Qəhrəmanov Orxan timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

Həmçinin, tədbirdə Şəhidlərimiz Muxtar Qasımlının və Orxan Qəhrəmanovun təhsil aldıqları 104, 141 və 318 №li tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak edərək şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Şəhidimiz Muxtar Qasımlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, medalları ilə təltif edilmişdir.

Şəhidimiz Orxan Qəhrəmanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər