Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmətli sakinlərimiz!

30 dekabr 2021 | 16:00

Hörmətli sakinlərimiz!

Artıq Suraxanı rayonunda yerləşən 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında (Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 52) və 23 saylı Şəhər Poliklinikasında (Hövsan qəsəbəsi, Sahil küçəsi 9) fəaliyyət göstərən peyvəndlənmə məntəqələrində "Pfizer” vaksinindən də istifadə edə bilərsiniz.

Dünyada müşahidə olunan tendensiyalar, yeni ştammların meydana çıxması COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir.

Qeyd olunanları nəzərə alaraq sağlamlığımız naminə sosial məsuliyyətimizi dərk edərək peyvəndlənmə prosesində fəal olmağı hər birinizə tövsiyə edirik.

Peyvəndlə güclənək, qalib gələk!

Keçidlər