Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Orucov Elmir Elyar oğlu doğum günündə anıldı

05 yanvar 2022 | 16:00

Vətən müharibəsinin şəhidi Orucov Elmir Elyar oğlunun doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və RİHBA-nın əməkdaşları Şəhidin Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində yaşayan ailə üzvlərinə baş çəkərək, məzarını ziyarət ediblər.
RİH başçısı Əziz Əzizov Şəhidin ailəsinə bir daha başsağlığı verərək, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların ölməzliyini və əbədiliyini bir daha vurğulayıb.
Şəhidin məzarı önündə gül dəstələri qoyulub, onun ruhu ehtiramla yad olunaraq dualar edilib.
Qeyd edək ki, Elmir Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər