Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin Şəhidləri Əsədov Səbuhi Azər oğlu və Əliyev Yunis Zaur oğlu doğum günlərində anıldı

19 yanvar 2022 | 16:00

Bu gün 44 günlük Vətən müharibəsinin Şəhidləri Əsədov Səbuhi Azər oğlunun və Əliyev Yunis Zaur oğlunun doğum günlərində məzarları ziyarət olunaraq ruhları ehtiramla yad edilmişdir.
Açılan ehsan süfrəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid ailələri və qazilər iştirak etmişlər.
Mərasimdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Şanlı qələbənin qazanılmasında şücaət göstərən Şəhidlərimizin döyüş yolundan, göstərdikləri vətənpərvərlikdən söz açılmış, onların hər zaman gənc nəsil üçün nümunə olacağı bir daha vurğulanmışdır.

 

 

 

Keçidlər