Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Səbuhi Orucov doğum günündə anıldı

20 yanvar 2022 | 16:00

Yanvarın 20-də Vətən müharibəsinin şəhidi Orucov Səbuhi Vahid oğlunun doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhidin doğmaları onun məzarını ziyarət edərək önünə gül dəstələri düzmüş və ruhunu ehtiramla yad etmişlər.

RİH başçısı Əziz Əzizov Şəhidin ailəsinə bir daha başsağlığı verərək, cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların ölməzliyini və əbədiliyini bir daha vurğulayıb.

Qeyd edək ki, Şəhidimiz Səbuhi Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Cəbrayıl, Laçın, Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, “Laçının azad olunmasına görə” medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı təltif edilmişdir.

Keçidlər