Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçərək şəhadətə yüksələn qəhrəman oğullarımızdan biri Orucov Coşqun Oruc oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib

04 may 2022 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində gedən döyüşlərdə canından keçərək şəhadətə yüksələn qəhrəman oğullarımızdan biri Orucov Coşqun Oruc oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə mayın 4-ü Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül xanım Axundova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları, rayon ictimaiyyəti iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. O, bir neçə gün öncə Şuşa şəhərində keçirilmiş  Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayından danışaraq qeyd etmişdir ki, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi missiyanı həyata keçirən qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Həmçinin, RİH başçısı şəhidimiz Coşqun Orucovun böyüyüb boya-başa çatdığı məhəllədə tezliklə asfalt örtüyünün salınacağını da diqqətə çatdırmışdır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da çıxışında Azərbaycanın hər bir vətəndaşına örnək olan həyat yolu keçmiş Şəhidlərimizin qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydularını bir daha vurğulayaraq torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu qeyd etmişdir.
Bulaq-abidə kompleksinin açılış mərasimində Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək Vətən uğrunda son damla qanınadək vuruşaraq Şəhadətə ucalan bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və onlara həsr olunan şeirlər səsləndirmişdir.
Şəhid Coşqun Orucovun təhsil aldığı 315 saylı tam orta məktəbin şagird kollektivi də vətənpərvərlik mövzusunda şeirlərlə çıxış etmişlər.
Daha sonra şəhidimiz Coşqun Orucovun Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsindəki Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

Keçidlər