Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 4-də Qaraçuxur qəsəbəsi, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında “Qələbəmizin rəngli tərənnümü” adlı tədbir keçirilib.

04 may 2022 | 16:00

Mayın 4-də Qaraçuxur qəsəbəsi, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında “Qələbəmizin rəngli tərənnümü” adlı tədbir keçirilib.
Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində keçirilən və tarixi Zəfərimizi tərənnüm etdirən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Vüqar İsgəndərov, RİHB-nin müavini Könül xanım Axundova, Şəhid Surxay Noçuyevin ailə üzvləri, Gimnaziyanın müəllim və şagird kollektivi iştirak etmişlər.
Şagirdlərin hazırladıqları, Şuşa ilinə həsr olunmuş rəsmlərdən ibarət sərgiyə baxış keçirildikdən sonra dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xəyalə Veyisova qonaqları salamlamışdır. O, Qarabağımızın işğaldan azad olunmasının xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olunmasından bəhs etmişdir.
Daha sonra şagirdlərin təqdimatında Şanlı Zəfərimizə həsr olunan bədii hissə, Qarabağımızın tarixi-mədəni keçmişini özündə əks etdirən səhnəciklər nümayiş olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın qarış-qarış erməni işğalından azad edilməsi ilə, milli kimliyimizin və milli qürurumuzun toxunulmazlığını bütün dünyaya sübut etdik. Bu gün Qarabağ yenidən cənnətməkana çevrilir, dövlət başçımızın işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, inkişaf etdirilməsi barədə Qarabağdan səsləndirdiyi bəyanatlar, müraciətlər ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi, qürur hissi və coşqu ilə qarşılanır.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Vüqar İsgəndərov da Azərbaycan və azərbaycançılıq tarixində yeni və işıqlı bir səhifəni yazan,  xalqımızın mübarizəsini, əzmini, vətənpərvərliyini, qəhrəmanlığını özündə yaşadan II Qarabağ savaşında qazandığımız böyük qələbədən danışaraq belə tədbirlərin keçirilməsinin gənclərimizin dövlətçilik prinsiplərinə, tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunmasında əhəmiyyətini vurğulamışlar.
Tədbirin sonunda qonaqlara şagirdlərin çəkdikləri rəsmlər təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.

Keçidlər