Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” adlı tədbir keçirilib

06 may 2022 | 16:00

Tədbiri giriş sözü ilə açan Əmircan bələdiyyəsinin sədri,  YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədri Cəmilə Ağayeva Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirərək, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşmüşdür.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, hakimiyyətdə olduğu hər iki dövrdə onun milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından geniş bəhs etmişdir. Dahi şəxsiyyətin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını deyən RİH başçısı Ulu Öndərimizin keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdiyini qeyd etdi. Hal-hazırda həmin qətiyyətin, siyasi iradənin dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirildiyini və  44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymağın böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsi olduğunu bir daha vurğuladı.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da çıxış edərək bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrünün çox uzaq gələcəyə hesablandığını və həmin siyasi kursun  bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Sonra Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivinin təqdimatında bədii hissə nümayiş olunmuşdur.
Tədbirin sonunda Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova tədbir iştirakçılarına minnətdarlığını bildirərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyevin həyatının və siyası irsinin dərindən öyrənilməsinin vacibliyini vurluğayıb.

Keçidlər