Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq mayın 10-da Suraxanı rayonunda “Əbədi Yaşar Ulu Öndər” adlı tədbir keçirilmişdir

10 may 2022 | 16:00

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mayın 10-da Suraxanı rayonu,  Əmircan qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin,  YAP Suraxanı Rayon Təşkilatının, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə kitab sərgisi, rəsmi və bədii hissədən ibarət “Əbədi Yaşar Ulu Öndər” adlı tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Sonra Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təqdimatında müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Heydər Əliyevə həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar. Sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin onun fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitab və dövri nəşrlər nümayiş olunmuşdur.
Mədəniyyət Mərkəzinin akt zalında davam edən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış etmişdir. O, çıxışında müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən danışaraq bildirmişdir ki, dahi şəxsiyyətin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu. Həmin qətiyyətin, siyasi iradənin dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirildiyini və  44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymağın böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsi olduğunu bir daha vurğuladı.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğunu bildirərək onun dövlətçilik səlnaməsində yaratdığı irsin öyrənilməsi üçün hələ uzun illər zamana ehtiyac olduğunu qeyd etmişdir. Ulu Öndərin Suraxanı rayonuna səfərlərindən danışan V.Seyidov vurğulamışdır ki, xalqımız bugünkü firavan həyata, müstəqilliyimizin əbədi və dönməz olmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasına görə Ulu Öndər Heydər Əliyevə borcludur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə bir qrup şəxs  Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin, Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim olunmuşdur.
Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Əbədi Yaşar Ulu Öndər-tarix dərsi” adlı qısa teatr tamaşası nümayiş olunmuş və tədbir məşhur incəsənət xadimlərinin təqdimatında bədii hissə ilə davam etmişdir.
Sonda Şəhid ailələri ilə xatirə şəkli çəkilmişdir. 

Keçidlər