Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Vaqif Abbasov Suraxanı rayonunun 85 nömrəli məktəbin müəllim və şagirdləri ilə görüşüb

15 dekabr 2016 | 16:00

15 dekabr 2016-cı il tarixdə AMEA-nın akad.Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vaqif Abbasovun Suraxanı rayonunun 85 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri ilə görüşü olub. Görüşdə akademik Vaqif Abbasov məruzə ilə çıxış edib.
Məktəbin şagirdləri hazırladıqları maraqlı çıxışları təqdim ediblər. Sonra akademik Vaqif Abbasov şagirdlərin çoxsaylı suallarına cavab verib.
Görüşdə Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, rayonun 87, 89, 140, 232 nömrəli məktəblərin rəhbərləri iştirak ediblər.
Akademik Vaqif Abbasov görüşün yaxşı təşkilinə görə 85 nömrəli məktəbin direktoru Maqsud Əhmədova minnətdarlığını bildirib və müəllifi olduğu kitabları məktəbə hədiyyə edib.

Keçidlər