Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda "GƏNC İSTEDAD" yaradıcılıq festivalı keçirilmişdir

20 may 2019 | 16:00

"Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.3. yarımbəndinə müvafiq olaraq Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yerli və beynəlxalq müsabiqə qalibləri olmuş rayon gənclərinin iştirakı ilə "GƏNC İSTEDAD" yaradıcılıq festivalı keçirilmişdir.
İstedadlı və yaradıcı rayon gənclərinin iştirakı ilə keçirilmiş festivalda musiqi alətlərində ifa, aktyorluq bacarığı, aşıq yaradıcılığı,muğam ifaları, milli və dünya rəqsləri qonaqlara və münsiflərə nümayiş olunmuşdur.

 

Keçidlər