Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Kazımlı Mürsəl Kamil oğlu

Type  Soyad: Kazımlı
Ad: Mürsəl
Ata adı: Kamil
Doğum tarixi: 23.07.1992
Rütbə: Əsgər

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Mürsəl Kazımlıdır.

Kazımlı Mürsəl Kamil oğlu 23.07.1992-ci ildə anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Mürsəl Kazımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

24.10.2020-ci ildə Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub. Mürsəl Kazımlı Düşmənin atəş nöktələrini və canlı qüvvələrini məhv etdiyinə görə “Vətən uğrunda” medalları ilə təltif olunub

Keçidlər