Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qəhrəmanov Orxan Səlvər oğlu

Soyad: Qəhrəmanov
Ad: Orxan
Ata adı: Səlvər
Doğum tarixi: 28.03.1991
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər

Orxan Səlvər oğlu Qəhrəmanov 1991-ci il martın 28-də Bakı şəhərində anadan olub.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Orxan Qəhrəmanovdur.


1997-2006-cı illərdə N.Nəbiyev adına 104 saylı Suraxanı rayon tam orta məktəbində təhsil alıb.

Orxan Qəhrəmanov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulivrayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Orxan Qəhrəmanov oktyabrın 6-da Füzuli döyüşləri zamanı əbədiyyətə qovuşub. Bakı şəhərində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Qəhrəmanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər