Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmmədov Mahir Ağasəlim oğlu

Soyad: Məmmədov
Ad: Mahir
Ata adı: Ağasəlim
Doğum tarixi: 28.01.1981
Şəhid olub: 08.10.2020
Rütbə: Baş Gizir

Mahir Ağasəlim oğlu Məmmədov 1981-ci il yanvarın 28-də Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olub.

Azərbaycan Ordusunun baş giziri olan Mahir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Mahir Məmmədov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər