Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsayev Toğrul Natiq oğlu

Soyad: İsayev
Ad: Toğrul
Ata adı: Natiq
Doğum tarixi: 25.12.1996
Şəhid olub: 01.10.2020
Rütbə: MAHHXHQ çavuş

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Toğrul İsayevdir.

İsayev Toğrul Natiq oğlu 1996-ci il dekabırın 25- də Füzuli rayonu Aybasanlı kəndində dünyaya göz açıb. 2015-ci ildə hərbi xidmətə çağrılıb, 2016-ci ildə hərbi xidməti başa vurub.Həmin hərbi hissədə çavuş rütbəsinə yüksəlib.Toğrul Natiq oğlu Füzuli rayonu işğal ediləndən 3 il sonra dünyaya göz açıb.
27 sentyabr 2020-ci ildə erməni işğalçı ordusu Azərbaycana hücum edir, Azərbaycan isə öz ərazi bütövlüyün qorumaq üçün əks hücuma keçir. Toğrul Natiq oğlu da bir hərbçi kimi müharibəyə yollanır. Füzuli uğrunda gedən döyüşlərdə iştirak edir. 1 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Toğrul İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Toğrul İsayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər