Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayılov Sərdar Sərvər oğlu

Soyad: İsmayılov
Ad: Sərdar
Ata adı: Sərvər
Doğum tarixi: 31.07.1995
Rütbə: Kiçik çavuş

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Sərdar İsmayılovdur

Sərdar Sərvər oğlu İsmayılov 1995-ci il iyulun 31-də Suraxanı rayonunda anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərdar İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərdar İsmayılov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərdar İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərdar İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər