Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İslamlı Ruhid Uğur oğlu

Soyad: İslamlı
Ad: Ruhid
Ata adı: Uğur
Doğum tarixi: 01.04.1999
Şəhid olub: 06.10.2020
Rütbə: əsgər

Ruhid Uğur oğlu İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhis 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb. Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib. Ruhid intellektual və vətənpərvər gənc olub. Naxçıvan Dövlət Universitetinin məzunu, ixtisasca psixoloq idi. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi.

Ruhid 2020-ci ilin yayında hərbi xidmətə çağırılıb. Vətən müharibəsi dövründə Talış kəndi və Suqovuşan istiqamətlərində döyüşüb. Oktyabrın 6-ı müharibənin qızğın dövründə eyni istiqamətində şəhid olub.

Ölümündən sonra şəhid Ruhid Uğur oğlu İslamlı Prezidentin Sərəncamları əsasında "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı", "Cəsur döyüşcü" medalları ilə təltif edilib.

Keçidlər