Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əsədov Səbuhi Azər oğlu

Soyad: Əsədov
Ad: Səbuhi
Ata adı: Azər
Doğum tarixi: 19.01.1999
Şəhid olub: 10.10.20
Rütbə: əsgər

Səbuhi Əsədov Azər oğlu 1999-cu il yanvarın 19-da Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Həsənli kəndindəndir. 15 sentyabr 2005-ci ildə Suraxanı rayonu 85 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoyub, 14 iyul 2016-ci ildə isə həmin məktəbin məzunu olub.

5 iyul 2019-cu ildə isə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Mingəçevir şəhərində N saylı hərbi hissədə hərbi xidmətini davam etdirib. 27 sentyabr Vətən Müharibəsinin başlaması ilə cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılmışdır.
10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olmuşdur.
Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər məzarlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Səbuhi Əsədov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər