Fevralın 26-da Xocalı faciəsinin ildönümü ilə əlaqədar Xocalı şəhərindən məcburi köçkün düşərək Suraxanı rayonunda məskunlaşmış ailələrlə Suraxanı Rayon İcra Hakimiyyətində karantin rejiminin müvafiq qaydalarına riayət etməklə görüş keçirilmiş və onlara ərzaq yardımı paylanmışdır.
Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsini yad etmək məqsədilə fevralın 26-da Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonunda 613 ağac əkilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev, müavini Könül Axundova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov və RİHBA-nın şöbə müdirləri Şəhidimiz Əliyev Elvin Bəhruz oğlunun doğum günündə ailəsinə baş çəkmiş və ərzaq yardımı göstərmiş, həmçinin, məzarını ziyarət edərək onun ruhuna dualar oxunmuşdur.
Suraxanı rayonunun təhsil müəssisələrində Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar karantin rejiminin tələblərinə riayət etməklə silsilə videotədbirlər, rəsm, şeir müsabiqələri keçirilmişdir.
“Rayon təsərrüfatının 2020-2021-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” Rayon İcra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılmış komissiya gücləndirilmiş iş rejimində çalışaraq, gecə saatlarından yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələrindən istifadə olunmaqla yollarda duz-qum qarışığının səpilməsi, qarın təmizlənməsi işləri həyata keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov və RİHBA-nın şöbə müdirləri mənfur düşmənə qarşı şücaətlə vuruşaraq öz həyatını qurban edən Şəhidlərimizdən Qasımlı Muxtar Əli oğlunun ailəsinə baş çəkərək, onların qayğıları ilə maraqlanmış və ərzaq yardımı göstərmişlər. Həmçinin, inşa edilmiş qəbirüstü xatirə kompleksində məzarını ziyarət edərək Şəhidin ruhuna dualar oxunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidimiz kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsinə dəstək olunaraq yaşadıqları mənzildə əsaslı şəkildə təmir-bərpa işlərinə başlanılmışdır.
Fevralın 20-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri bizlərə qələbə sevinci yaşadan Şəhidimiz polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun əmanəti, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan anası Mətanət xanımı ziyarət ediblər.
Suraxanı rayonu E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə torpaqlarımız uğrunda canından keçən 44 günlük Vətən müharibəsinin Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə təqdirəlayiq addım atılıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri qanı və canı bahasına bizlərə zəfər, qələbə sevinci yaşadan Şəhidlərimizdən Şahbazov Elnur Qədir oğlunun ailəsini ziyarət edib, ərzaq yardımı göstərmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov və RİHBA-nın şöbə müdirləri Şəhidimiz Səmədli Elşən Bayram oğlunun doğum günündə onun ailəsinə baş çəkmiş və ərzaq yardımı göstərmişlər. Həmçinin, dəfn olunduğu Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarını ziyarət edərək ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun ailəsini ziyarət edib, ərzaq yardımı göstərmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Könül Axundova və şöbə müdirləri, həmçinin 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyeva Vətən müharibəsində yaralanmış hərbiçimiz Qaraçuxur qəsəbə sakini Hüseynov Novruz Rizvan oğlunu ziyarət edərək onun səhhəti və problemləri ilə maraqlanmışlar. Ailəyə ərzaq yardımı göstərilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Fuad Cəbrayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov və RİHBA-nın şöbə müdirləri Şəhidimiz Eissavi Muhamməd Mazen oğlunun doğum günündə onun ailəsinə baş çəkmiş, məzarını ziyarət edərək ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir. Şəhidin qardaşına idman geyim dəsti və planşet hədiyyə edilmiş, ailəyə ərzaq yardımı göstərilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri Füzuli istiqamətində gedən döyüşlərdə Şəhid olan Babayev Əmirxan Mirilham oğlunun Yeni Suraxanı qəsəbəsində ailə üzvlərinin yaşadıqları ünvanda olub və ailəyə ərzaq yardımı göstərilib.
Vətən uğrunda haqq savaşının qəhrəmanı, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Orucov Elmir Elyar oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda ümumi sahəsi 7000 kv.m olan küçədə asfalt örtüyünün salınması işləri aparılır.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri son nəfəsinə qədər əzmlə vuruşan Şəhidimiz İsmayılov Sərdar Sərvər oğlunun ailəsini ziyarət ediblər və ailəyə ərzaq yardımı göstərilib.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri Şəhidimiz Məmmədov Dostəli Seymur oğlunun ailəsinə baş çəkiblər və ailəyə ərzaq yardımı göstərilib.
Əmircan qəsəbəsində Nurəli Abdullayev və Bülbülə qəsəbəsində Nizami küçələrində su və kanalizasiya şəbəkələri qurulduqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin küçələrdə 5000 kv.m ərazidə asfalt örtüyünün salınması işlərinə başlanılmış və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və Aparatın əməkdaşları Şəhidimiz mayor Əsgərov Rüfət Mürvət oğlunun ailə üzvlərinə baş çəkərək, onların qayğı və problemləri ilə yaxından maraqlanmışlar.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonunda da vaksinasiya kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə sakinlərə peyvəndlərin vurulması üçün rayon ərazisində ayrılmış 7 məntəqədə zəruri şərait yaradılmışdır. Hazırda 65 yaşdan yuxarı rayon sakinləri randevu.its.gov.az saytında qeydiyyatdan keçməklə yaşadıqları ərazi üzrə müvafiq poliklinikalarda COVID-19-a qarşı peyvənd olunurlar.
RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının, DOST İş Mərkəzi vasitəsi ilə ödənişli ictimai işlərə cəlb olunmuş işçilərin iştirakı ilə növbəti təmizlik işləri Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində aparılır.
Fevralın 11-də növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və Aparatın əməkdaşları Vətən uğrunda haqq savaşının qəhrəmanı, ömrünü Vətənə fəda edən Şəhidimiz kapitan Noçiyev Surxay Əbdül oğlunun ailə üzvlərini ziyarət ediblər.
11 fevral 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayon məktəbliləri arasında Böyük Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda yazı müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik videokonfrans keçirilmişdir.
RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının, DOST İş Mərkəzi vasitəsi ilə ödənişli ictimai işlərə cəlb olunmuş işçilərin iştirakı ilə ətraf-mühitin, ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması məqsədilə rayon ərazisində keçirilən növbəti iməciliyə xeyli sayda canlı qüvvə və texnika cəlb olunmuş, sağlamlıq üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılaraq ərazidən daşınmışdır.