Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda keçirilən növbəti iməclik

08 yanvar 2021 | 16:00

Yanvarın 8-də Suraxanı rayonunda növbəti ümumrayon iməciliyi Bülbülə gölünün Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrinə düşən hissəsində təşkil olunmuşdur. İməcilikdə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin kollektivləri iştirak edib.

Sanitar təmizliyin təmin edilməsi məqsədilə ətraf yabanı, quru alaq otlardan təmizlənmiş, eləcə də sözügedən ərazidə ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılmışdır. Toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınmışdır.

Keçidlər