Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur

11 yanvar 2021 | 16:00

Yanvarın 10-da növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və RİHBA-nın əməkdaşları Vətən müharibəsində böyük şücaət nümayiş etdirərək yaralanan hərbiçimiz mayor Şükürov Mənsur Vidadi oğluna baş çəkərək onun səhhəti və problemləri ilə maraqlanıblar.
Hərbiçimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə böyük əzm və qətiyyətlə iştirak etdiyini bildirərək, Ali Baş Komandanın uzaqgörən siyasəti və Azərbaycanın müzəffər Ordusunun döyüş meydanında apardığı uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. O, bütün yaralı döyüşçülərə Allahdan şəfa, şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyib.
Qeyd edək ki, Mənsur Şükürov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Keçidlər