Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 10-u səhər saatlarından başlayaraq Suraxanı rayonunun bütün qəsəbələrində gücləndirilmiş dezinfeksiya işləri, eləcə də ümumrayon iməciliyi keçirilir.

10 aprel 2021 | 16:00

Qeyd edək ki, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin cəlb olunduğu iməcilikdə yollar, küçələr, idarə, müəssisələrin,  ticarət - iaşə obyektlərinin ətrafı abadlaşdırılaraq səliqə səhman yaradılır, ətraf ərazi yabanı, quru alaq otlardan təmizlənir, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılır və toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınır.
Həmçinin, əhali arasında koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə küçələr, parklar, yollar, çoxmənzilli yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən, eləcə də texnikadan istifadə olunmaqla xüsusi kimyəvi məhlulla dezinfeksiya edilir.

Keçidlər