Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi qulluqçularımıza Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

30 noyabr 2021 | 16:00

Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralanan hərbçilərimizə isə tezliklə şəfa tapmağı diləyirik.

Həlak olan heyət üzvləri arasında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyevin övladı, Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuş Vətən müharibəsinin iştirakçısı kapitan Xəyyam Əliyev və rayon sakinimiz mayor Məmmədov Murad Yaşar oğlu da var.

Hərbi qulluqçularımıza Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər