Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə genişmiqyaslı abadlıq, təmizlik işləri davam edir

07 may 2016 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə Tədbirlər planına uyğun olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edir, ümumrayon, o cümlədən rayonun təhsil, səhiyyə, sənaye və digər müəssisələrində silsilə tədbirlər keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır, rayonun müxtəlif yerlərində çoxlu sayda ağac, gül, bəzək kolları əkilir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir.  Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il yüz minlərlə ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 7 may tarixdə keçirilən növbəti ümumrayon iməciliyi Bülbülə gölünün ətrafında keçirilmişdir.
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda Bakı şəhərində 9 gölün, o cümlədən Bülbülə gölünün ekoloji vəziyyətlərinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
Göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi üzrə məsləhətçi şirkət qismində cəlb edilmiş Hollandiyanın “Witteveen Bos” şirkəti ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi arasında imzalanmış müqavilə əsasında digər göllərlə yanaşı Bülbülə göllərinin bərpası və ekoloji vəziyyətlərinin yaxşılaşdırılması üzrə konseptual bərpa layihələri hazırlanmışdır. Bülbülə gölünün perimetri üzrə ərazi təmizlənmiş və avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün şərait yaradılmışdır. Bundan əlavə gölün ətrafının təmiz saxlanılması məqsədi ilə mütəmadi olaraq iməciliklər keçirilir, gölün ətrafına tullantıların atılmasının qarşısının alınması üçün nəzarət  təmin edilir.
Ümumrayon iməciliyində rayon rəhbəri İlqar Abbasov, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, rayon ərazisində yerləşən müəssisələrin əməkdaşları və sakinlər iştirak etmişdir. 500 nəfərin qatıldığı iməcilikdə gölün ətrafı məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır.
Qeyd etmək yerinə düşər ki, rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri mütəmadi davam etdirilir, ARDNŞ və iri özəl neftqazçıxarma müəssisələri tərəfindən neftlə çirklənmiş torpaqlarda görülmüş işlər nəticəsində  son illərdə müxtəlif ölçülü 100-dən çoz gölməçə qurudulmuş, mədən ərazilərində çoxlu sayda ağac və kol əkilmişdir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə silsilə tədbirlər davam edir.

Keçidlər