Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik günü” münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir

15 sentyabr 2016 | 16:00

“Bilik günü” münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, bələdiyyə sədrləri iştirak etmişlər.
Əmircan qəsəbəsindəki 114 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Yeni Günəşli yaşayış massivində yerləşən 275 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə isə Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova İştirak etmişdir.
114 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Növruzova qonaqları salamladı və bildirdi ki, məktəbin kollektivi yeni tədris ilinə tam hazırdır. 2015-2016-cı dərs ilində məktəbi 121 şagird bitirmiş, onlardan 118 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 64  nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 5-i qəbul imtahanında 600-dən yuxarı bal toplamışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətibaşçısının birinci müavini Rəşad Hacıyev bildirmişdir ki, son 13 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunmuşdur. Bu illər ərzində yaradılmış baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları,  Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni  məktəb” Proqramı  və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni dərs ili ərəfəsində Bakının 109, 229, 245, 247, 261, 58 və 265  nömrəli tam orta məktəblərinin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur.
2015-2016-cı dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olmuşdur.
Rəşad Hacıyev tədbir iştirakçılarının diqqətinə bir daha çatdırdı ki, qəbul olunmuş müxtəlif  Dövlət Proqramlarının icrası nəticəsində Suraxanı rayonunda 2003-2014-cü illər ərzində 5930 şagird yerlik 8 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 20 məktəb üçün 7780 şagird yerlik əlavə tədris korpusu tikilmiş, 14580 şagird yerlik 21 məktəb binası əsaslı təmir olunmuşdur.
2015-2016-cı tədris ilində rayon ərazisində yerləşən 34 tam orta məktəbi və Xarici Dillər Təmayüllü gimnaziyanı 2016 şagird bitirmiş, onlardan 1722 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1083  nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 62,8%-ni təşkil edir. Abituriyentlərdən 57 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən çox bal toplayan məzunların sayı 14 nəfərdir. 
Rəşad Hacıyev əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini təbrik etdi və qarşıdakı 2016-2017-ci tədris ilində uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Sonra ilk zəng şagirdləri dərsə səslədi.

Keçidlər